“İsrail rəhbərliyi Səudiyyə Ərəbistanının İran ərazisinə zərbələr endirməsini gözləyir”.
AvroMedia.Az xəbər verir ki, bu barədə İsrailin dövlət teleradio şirkəti olan “Kan”ın müxbiri Gili Koen hökumətdəki mənbələrə istinadən məlumat yayıb.
“İsrail Səudiyyə Ərəbistanının İrana qarşı cavab tədbirləri görməsini gözləyir. Lakin İsrail rəsmiləri mənə bildiriblər ki, Ər-Riyad İranın təhdidləri səbəbindən addımları gecikdirir. Təl-Əvivin qiymətləndirməsinə görə, Səudiyyə Ərəbistanı İranı öz suverenliyinə qəsd etdiyinə görə cəzalandırmaq niyyətindədir”, - Gili Koen bildirib.
Xatırladaq ki, ABŞ və İsrailin fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlamasından sonra Tehran qonşu ölkələrin ərazisinə, o cümlədən Səudiyyə Ərəbistanına hücumlar həyata keçirib. Bu hücumlar çərçivəsində ABŞ-nin Ər-Riyaddakı səfirliyinə dron hücumu edilib, həmçinin neft obyektlərinə zərbələr endirilib.

Sabah 35 dərəcə isti olacaq
İxtisas və universitet dəyişdirilməsi ilə bağlı yeni qaydalar tətbiq olunacaq
1-ci sinif rus bölməsi bağlanır?
Hansı daha xeyirlidir, yemiş, yoxsa qarpız? - İki meyvənin müqayisəsi
4 xəstəxanada yoxlama aparılır
Valideyn razılığı olmadan bəzi yeniyetmələr hesab aça bilməyəcək
Metroda itən əşyaların aqibəti necə olur?
Kredit borcu olan əsgərlərə güzəşt varmı?
Məcburi köçkünün yaşayış yeri və mülkiyyət hüququ ilə bağlı yenilik
Meyvələr bahalaşdı, tərəvəz ucuzlaşdı
Azərbaycanda zəlzələ olub
Narkoloji xəstələrin işə qəbulu ilə bağlı cərimələr müəyyənləşir