İran regiondakı ABŞ strateji obyektlərinə qarşı genişmiqyaslı raket hücumlarını davam etdirir.
AvroMedia.Az İranın “Mehr” xəbər agentliyinə istinadən xəbər verir ki, İslam Respublikası ABŞ-nin Bəhreyndə yerləşən strateji “Əl-Cuffair” dəniz bazasına silsilə raket zərbələri endirib.Məlumata görə, hücumdan dərhal sonra hərbi bazanın ərazisində güclü yanğın başlayıb və göyə qatı tüstü dumanı qalxıb. Hadisə yerindən çəkilmiş və sosial şəbəkələrdə yayılan videogörüntülər zərbələrin miqyasının böyük olduğunu təsdiqləyir. Bildirilir ki, raket hücumu nəticəsində Bəhreynin milli neft şirkəti olan BAPCO-nun obyektlərinə də ciddi ziyan dəyib.
İranın dövlət televiziyası (IRIB) bəyan edib ki, hücumlar “Əsl Vəd 4” əməliyyatının 18-ci dalğası çərçivəsində həyata keçirilir. Əməliyyat zamanı Bəhreynlə yanaşı, BƏƏ və Küveytdə yerləşən ümumilikdə 20 ABŞ hərbi hədəfinin vurulduğu iddia edilir.

Sabah 35 dərəcə isti olacaq
İxtisas və universitet dəyişdirilməsi ilə bağlı yeni qaydalar tətbiq olunacaq
1-ci sinif rus bölməsi bağlanır?
Hansı daha xeyirlidir, yemiş, yoxsa qarpız? - İki meyvənin müqayisəsi
4 xəstəxanada yoxlama aparılır
Valideyn razılığı olmadan bəzi yeniyetmələr hesab aça bilməyəcək
Metroda itən əşyaların aqibəti necə olur?
Kredit borcu olan əsgərlərə güzəşt varmı?
Məcburi köçkünün yaşayış yeri və mülkiyyət hüququ ilə bağlı yenilik
Meyvələr bahalaşdı, tərəvəz ucuzlaşdı
Azərbaycanda zəlzələ olub
Narkoloji xəstələrin işə qəbulu ilə bağlı cərimələr müəyyənləşir