ABŞ Prezidenti Donald Tramp “Axios” nəşrinə verdiyi müsahibəsində İranın gələcək siyasi taleyi və yeni ali liderin seçilməsi prosesi ilə bağlı danışıb.
AvroMedia.Az xəbər verir ki, Tramp İranın növbəti rəhbərinin müəyyənləşməsində rəsmi Vaşinqtonun həlledici rol oynayacağını bildirib.
O, bu prosesi Venesueladakı siyasi böhran zamanı tətbiq edilən modellə müqayisə edərək, ABŞ-nin maraqlarına cavab verməyən namizədi tanımayacağını vurğulayıb.Ağ Ev rəhbəri qətlə yetirilmiş Ali Lider Əli Xameneinin oğlu Müctəba Xameneinin varislik ehtimalını qəbuledilməz adlandıraraq, onu “yüngülçəkili” siyasətçi kimi xarakterizə edib:
“O, yüngülçəkili siyasətçidir. Köhnə rejimin siyasətini davam etdirəcək hər hansı bir şəxsin hakimiyyətə gəlməsi Amerikanı “beş il ərzində” yenidən müharibəyə sürükləyə bilər. Onlar vaxtlarını boşa sərf edirlər, biz İrana harmoniya və sülh gətirəcək birini istəyirik”.
Prezident həmçinin Tehranın yeni rəhbərliyinin Vaşinqtonun təsdiqi olmadan legitimlik qazana bilməyəcəyinin anonsunu verib.
Xatırladaq ki, fevralın 28-də başlayan genişmiqyaslı əməliyyat nəticəsində indiyədək Ali Lider Seyid Əli Xamenei başda olmaqla, İranın bir çox yüksəkrütbəli hərbi rəsmisi zərərsizləşdirilib.

Sabah 35 dərəcə isti olacaq
İxtisas və universitet dəyişdirilməsi ilə bağlı yeni qaydalar tətbiq olunacaq
1-ci sinif rus bölməsi bağlanır?
Hansı daha xeyirlidir, yemiş, yoxsa qarpız? - İki meyvənin müqayisəsi
4 xəstəxanada yoxlama aparılır
Valideyn razılığı olmadan bəzi yeniyetmələr hesab aça bilməyəcək
Metroda itən əşyaların aqibəti necə olur?
Kredit borcu olan əsgərlərə güzəşt varmı?
Məcburi köçkünün yaşayış yeri və mülkiyyət hüququ ilə bağlı yenilik
Meyvələr bahalaşdı, tərəvəz ucuzlaşdı
Azərbaycanda zəlzələ olub
Narkoloji xəstələrin işə qəbulu ilə bağlı cərimələr müəyyənləşir