İsrail Hərbi Hava Qüvvələri Tehranın strateji əhəmiyyətli “Mehrabad” hava limanına onuncu dalğa çərçivəsində genişmiqyaslı hava zərbələri endirib.
AvroMedia.Az “The Times of Israel”ə istinadla xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) mətbuat xidməti məlumat yayıb.Məlumata görə, əməliyyat nəticəsində hava limanı ərazisində yerləşən və İsrail aviasiyası üçün təhlükə yaradan hava hücumundan müdafiə (HHM) və radar sistemləri tamamilə sıradan çıxarılıb. İsrail tərəfi bu addımın Tehran üzərində hava üstünlüyünü təmin etmək və rejimin hərbi infrastrukturunu iflic etmək məqsədi daşıdığını bildirib.
Qeyd edək ki, “Mehrabad” hava limanı həm mülki, həm də hərbi məqsədlər üçün istifadə olunan mühüm logistik qovşaqdır. Fevralın 28-dən başlayan ABŞ-İsrail müştərək əməliyyatı artıq dördüncü gündür ki, davam edir və bu müddət ərzində İranın bir çox strateji nöqtələri, o cümlədən nüvə mərkəzləri və komanda məntəqələri ağır zərbələrə məruz qalıb.
Məlumat üçün bildirək ki, İsrail Hərbi Hava Qüvvələri ötən gün də hava limanına zərbələr endirmişdi.

Sabah 35 dərəcə isti olacaq
İxtisas və universitet dəyişdirilməsi ilə bağlı yeni qaydalar tətbiq olunacaq
1-ci sinif rus bölməsi bağlanır?
Hansı daha xeyirlidir, yemiş, yoxsa qarpız? - İki meyvənin müqayisəsi
4 xəstəxanada yoxlama aparılır
Valideyn razılığı olmadan bəzi yeniyetmələr hesab aça bilməyəcək
Metroda itən əşyaların aqibəti necə olur?
Kredit borcu olan əsgərlərə güzəşt varmı?
Məcburi köçkünün yaşayış yeri və mülkiyyət hüququ ilə bağlı yenilik
Meyvələr bahalaşdı, tərəvəz ucuzlaşdı
Azərbaycanda zəlzələ olub
Narkoloji xəstələrin işə qəbulu ilə bağlı cərimələr müəyyənləşir