“İrana dərin zərbələr endirməyə başlayacağıq”
Tarix: 4-03-2026, 18:46
Baxılıb: 6 623
Google+ Paylaş
Tumblr Paylaş

“İrana dərin zərbələr endirməyə başlayacağıq”

4-03-2026, 18:46

ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Den Keyn Amerika ordusunun İran ərazisinə daha intensiv və dərin zərbələr endirməyə başlayacağını bəyan edib.

AvroMedia.Az  TASS agentliyinə istinadən xəbər verir ki, general bu addımın Amerika qüvvələrinə əməliyyat zonasında əlavə manevr azadlığı təmin edəcəyini vurğulayıb.
Paralel olaraq, ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri Bredli Kuper dəniz əməliyyatlarının gedişatı barədə məlumat verərək, İranın bir sualtı qayığı da daxil olmaqla, ümumilikdə 17 hərbi gəmisinin məhv edildiyini bildirib.
Xatırladaq ki, fevralın 28-də ABŞ-nin İsraillə birgə başlatdığı hərbi əməliyyatlar nəticəsində regionda gərginlik pik həddə çatıb. Tehran isə cavab olaraq Amerika bazalarına raket hücumlarını davam etdirir.скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ