“Hörmüz boğazında xəbərdarlıqlara məhəl qoymayan 10 neft tankerini vurduq”.
AvroMedia.Az xəbər verir ki, bu barədə İran İnqilab Keşikçiləri Korpusunun Hörmüz boğazı ilə bağlı bəyanatında deyilir.
Belə ki, İnqilab Keşikçiləri Korpusu ABŞ-İsrail hücumlarının başlanmasından sonra Hörmüz boğazında “keçid qadağandır” rejimi elan edildiyini bildirib.
Açıqlamada xəbərdarlıqlara məhəl qoymayaraq, boğazdan keçməyə cəhd edən 10-dan çox neft tankerinin müxtəlif sursatlarla vurulduğu və istifadəyə yararsız hala salındığı qeyd olunub.
Bəyanatda vurğulanıb ki, Hörmüz boğazının təhlükəli zona olduğu barədə dəfələrlə xəbərdarlıq edilib. Buna baxmayaraq, hərəkət edən gəmilərin hədəfə alındığı bildirilib.İnqilab Keşikçiləri Korpusu əlavə edib ki, mövcud şəraitdə Hörmüz boğazı müharibə zonasına çevrilib və raketlər, eləcə də, pilotsuz uçuş aparatları vasitəsilə gəmilərə zərbə endirilməsi ehtimalı yüksəkdir.
“Hörmüz boğazından keçməyə çalışan hər bir gəmi yandırılacaq”, – deyə açıqlamada bildirilir.
Bundan əvvəl İran donanması ABŞ-İsrail hücumları səbəbindən Hörmüz boğazından keçidin bağlandığını elan etmişdi.

Sabah 35 dərəcə isti olacaq
İxtisas və universitet dəyişdirilməsi ilə bağlı yeni qaydalar tətbiq olunacaq
1-ci sinif rus bölməsi bağlanır?
Hansı daha xeyirlidir, yemiş, yoxsa qarpız? - İki meyvənin müqayisəsi
4 xəstəxanada yoxlama aparılır
Valideyn razılığı olmadan bəzi yeniyetmələr hesab aça bilməyəcək
Metroda itən əşyaların aqibəti necə olur?
Kredit borcu olan əsgərlərə güzəşt varmı?
Məcburi köçkünün yaşayış yeri və mülkiyyət hüququ ilə bağlı yenilik
Meyvələr bahalaşdı, tərəvəz ucuzlaşdı
Azərbaycanda zəlzələ olub
Narkoloji xəstələrin işə qəbulu ilə bağlı cərimələr müəyyənləşir