Qətər son 24 saat ərzində İran ərazisindəki hərbi hədəflərə zərbələr endirdiyini təsdiqləyib.
AvroMedia.Az “The Jerusalem Post”a istinadən xəbər verir ki, rəsmi Dohanın bu addımı İranın mülki infrastrukturu, xüsusilə Həməd Beynəlxalq Hava Limanını hədəf almasına cavab olaraq atılıb.
Qətər Xarici İşlər Nazirliyinin sözçüsü Məcid əl-Ənsari bildirib ki, Tehran mülki obyektlərə hücum etməklə beynəlxalq hüququ kobud şəkildə pozub:
“Doha raket atışlarından əvvəl İrandan heç bir xəbərdarlıq almayıb və bu cür təcavüz cavabsız qala bilməzdi”.
Qeyd edək ki, Qərb mənbələri Qətərin İran daxilindəki hədəfləri vurduğunu təsdiqləsə də, əməliyyatın dəqiq miqyası və hədəfləri barədə hələlik ətraflı məlumat verilmir.
Xatırladaq ki, fevralın 28-dən başlayan “Epic Fury” (Epik Qəzəb) əməliyyatı çərçivəsində ABŞ və İsrail İranın hərbi-siyasi rəhbərliyini hədəf alıb. İran isə buna cavab olaraq regiondakı bir çox ölkəyə, o cümlədən Qətər, BƏƏ və Küveytə raket zərbələri endirməyə başlayıb.

Sabah 35 dərəcə isti olacaq
İxtisas və universitet dəyişdirilməsi ilə bağlı yeni qaydalar tətbiq olunacaq
1-ci sinif rus bölməsi bağlanır?
Hansı daha xeyirlidir, yemiş, yoxsa qarpız? - İki meyvənin müqayisəsi
4 xəstəxanada yoxlama aparılır
Valideyn razılığı olmadan bəzi yeniyetmələr hesab aça bilməyəcək
Metroda itən əşyaların aqibəti necə olur?
Kredit borcu olan əsgərlərə güzəşt varmı?
Məcburi köçkünün yaşayış yeri və mülkiyyət hüququ ilə bağlı yenilik
Meyvələr bahalaşdı, tərəvəz ucuzlaşdı
Azərbaycanda zəlzələ olub
Narkoloji xəstələrin işə qəbulu ilə bağlı cərimələr müəyyənləşir