“İsrail və ABŞ, ehtimal ki, gələcəkdə İranın təhlükə yaratmamasını təmin etməyə çalışacaqlar”.
AvroMedia.Az xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Hakan Fidan deyib.
O bildirib ki, İran Körfəzdəki enerji obyektlərini hədəf alaraq maliyyə və strateji xərclər yaratmağa çalışır:
“Biz görməliyik ki, bu xərclər yaratma strategiyası nə qədər davam edə bilər və nəticələri necə olacaq”.
Nazirin fikrincə, İran gözlədiyi reaksiyanı almayacaq:
“İran ümid edə bilər ki, bu hücumlarla digər dövlətlər ABŞ-yə təzyiq göstərsin və müharibəni dayandırsın, lakin bu ehtimal real görünmür. Həmçinin, İranın hələ nə qədər hərbi imkanının qaldığı da aydın deyil”.
H.Fidan vurğulayıb ki, əgər İran raket və dronlarını geniş şəkildə istifadə edərsə, bu İsraili ciddi şəkildə narahat edə bilər.

Sabah 35 dərəcə isti olacaq
İxtisas və universitet dəyişdirilməsi ilə bağlı yeni qaydalar tətbiq olunacaq
1-ci sinif rus bölməsi bağlanır?
Hansı daha xeyirlidir, yemiş, yoxsa qarpız? - İki meyvənin müqayisəsi
4 xəstəxanada yoxlama aparılır
Valideyn razılığı olmadan bəzi yeniyetmələr hesab aça bilməyəcək
Metroda itən əşyaların aqibəti necə olur?
Kredit borcu olan əsgərlərə güzəşt varmı?
Məcburi köçkünün yaşayış yeri və mülkiyyət hüququ ilə bağlı yenilik
Meyvələr bahalaşdı, tərəvəz ucuzlaşdı
Azərbaycanda zəlzələ olub
Narkoloji xəstələrin işə qəbulu ilə bağlı cərimələr müəyyənləşir