ABŞ-nin Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddakı səfirliyinə dron hücumu edilib.
AvroMedia.Az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, səfirlik iki pilotsuz uçuş aparatı (PUA) tərəfindən hücuma məruz qalıb. Hücum nəticəsində səfirlikdə kiçik yanğın və maddi ziyan qeydə alınıb.
Hadisənin səfirliyin təhlükəsizliyinə əhəmiyyətli təsir göstərmədiyi bildirilib.
ABŞ səfirliyi sosial media hesabında Səudiyyə Ərəbistanında yaşayan ABŞ vətəndaşlarını hazırda olduqları yerdə qalmağa çağırıb və təhlükəsizlik tədbirlərinin artırıldığını açıqlayıb.
ABŞ-nin yüksəkvəzifəli rəsmisi səfirliyə hücumu təsdiqləyib.

Sabah 35 dərəcə isti olacaq
İxtisas və universitet dəyişdirilməsi ilə bağlı yeni qaydalar tətbiq olunacaq
1-ci sinif rus bölməsi bağlanır?
Hansı daha xeyirlidir, yemiş, yoxsa qarpız? - İki meyvənin müqayisəsi
4 xəstəxanada yoxlama aparılır
Valideyn razılığı olmadan bəzi yeniyetmələr hesab aça bilməyəcək
Metroda itən əşyaların aqibəti necə olur?
Kredit borcu olan əsgərlərə güzəşt varmı?
Məcburi köçkünün yaşayış yeri və mülkiyyət hüququ ilə bağlı yenilik
Meyvələr bahalaşdı, tərəvəz ucuzlaşdı
Azərbaycanda zəlzələ olub
Narkoloji xəstələrin işə qəbulu ilə bağlı cərimələr müəyyənləşir