ABŞ İordaniya və Səudiyyə Ərəbistanındakı bazalarda yerləşən hərbi təyyarələrin sayını əhəmiyyətli dərəcədə artırıb.
AvroMedia.Az xəbər verir ki, bu barədə Britaniyanın “Financial Times” (FT) qəzeti mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Vaşinqton İrana qarşı bir neçə həftə davam edə biləcək mümkün hərbi əməliyyatlar üçün Yaxın Şərqdə böyük aviasiya gücü toplayır.
Peyk görüntülərinə və Təl-Əviv Universitetinin analizinə istinadən nəşr İordaniya bazasında ən azı 66 qırıcı təyyarənin yerləşdiyini bildirir. Bazalarda görünən təyyarələrdən on səkkizi F-35 qırıcılarıdır.
Məqalədə həmçinin bazada 17 F-15 çoxməqsədli qırıcı və səkkiz A-10 hücum təyyarəsinin yerləşdiyi bildirilir.
Qəzet həmçinin qeyd edir ki, bazada EA-18 elektron müharibə təyyarələri və nəqliyyat təyyarələri də müşahidə olunub.
Görüntüləri təhlil edən ekspertlər Səudiyyə Ərəbistanındakı bazada E-3 “AWACS” hava erkən xəbərdarlıq və idarəetmə təyyarələrinin və C-130, həmçinin C-5 nəqliyyat təyyarələrinin olduğunu da bildirib.

Kredit borcu olan əsgərlərə güzəşt varmı?
Məcburi köçkünün yaşayış yeri və mülkiyyət hüququ ilə bağlı yenilik
Meyvələr bahalaşdı, tərəvəz ucuzlaşdı
Azərbaycanda zəlzələ olub
Narkoloji xəstələrin işə qəbulu ilə bağlı cərimələr müəyyənləşir
İsti havalarda az yemək təhlükəli ola bilər
800 mindən çox insan piylənmədən əziyyət çəkir
Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası başlayıb
Nazirlikdən “Son zəng”lə bağlı sürücülərə -müraciət
Bu günün valyuta məzənnələri
Azərbaycan neftinin qiyməti artıb
Tehran yekun razılığı hələ verməyib - Mənbə