Ukrayna Rusiyanın iki gəmi və iki təyyarəsini vurdu
Tarix: 21-02-2026, 22:45
Baxılıb: 7 008
Google+ Paylaş
Tumblr Paylaş

Ukrayna Rusiyanın iki gəmi və iki təyyarəsini vurdu

21-02-2026, 22:45

Ukrayna Krımda Rusiya ordusunun patrul gəmilərinə, təyyarələrinə və artilleriya qurğularına hücum edib.

AvroMedia.Az
Teleqraf-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
"Fevralın 21-ə keçən gecə Ukraynanın işğal olunmuş Krım bölgəsindəki İnkerman şəhəri yaxınlığında düşmənin iki ədəd "22460 Oxotnik" sərhəd patrul gəmisi vurulub. Hədəflərə zərbələr endirilib. Zərərin miqyası müəyyənləşdirilir", - məlumatda deyilir.

Yevpatoriyadakı Yevpatoriya Təyyarə Təmiri Zavodu yaxınlığında iki ədəd Be-12 təyyarəsi də vurulub.
Zaporojye vilayətinin Astraxanka kəndi yaxınlığında Rusiyanın "Tornado-S" çoxnövlü raket sistemi məhv edilib.
Birinci Əlahiddə Pilotsuz Sistem Qüvvələrinin Mərkəzinin operatorları Rusiyanın uzun mənzilli 300 mm-lik çoxməqsədli raket sistemi olan 9K515 "Tornado-S" reaktiv yaylım atəşi sistemini məhv ediblər.
Rusiya qoşunlarını yanacaqla təmin edən Qvardeyskoye qəsəbəsindəki (Simferopol, Krım) neft anbarı da vurulub.скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ