Donald Tramp qlobal idxal rüsumunu 15 faizə qaldırıb
Tarix: 21-02-2026, 20:30
Baxılıb: 6 995
Google+ Paylaş
Tumblr Paylaş

Donald Tramp qlobal idxal rüsumunu 15 faizə qaldırıb

21-02-2026, 20:30

ABŞ prezidenti Donald Tramp qlobal idxal rüsumunu artırdığını açıqlayıb.

AvroMedia.Az  xəbər verir ki, Ağ Ev rəhbəri bu barədə "Truth Social" hesabında yazıb.
Onun sözlərinə görə, ABŞ Ali Məhkəməsinin tariflərlə bağlı qərarının ətraflı və hərtərəfli təhlilindən sonra 10 faizlik qlobal rüsum dərhal qüvvəyə minməklə 15 faizə qaldırılır.

Tramp qeyd edib ki, bir çox ölkələr onilliklər ərzində ABŞ-dan birtərəfli şəkildə faydalanıb və yeni qərar qanunvericilik çərçivəsində icazə verilən və hüquqi baxımdan sınaqdan çıxmış maksimum həddə uyğundur.
ABŞ prezidenti əlavə edib ki, yaxın aylarda administrasiya yeni və qanuni tarifləri müəyyənləşdirəcək və tətbiq edəcək.скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ