Ermənistan üçün simvolik tarif: Rəsmi Tbilisi güzəştə getdi
Tarix: 21-02-2026, 13:19
Baxılıb: 6 992
Google+ Paylaş
Tumblr Paylaş

Ermənistan üçün simvolik tarif: Rəsmi Tbilisi güzəştə getdi

21-02-2026, 13:19

Gürcüstan İqtisadiyyat Nazirliyinin açıqlamasına görə, Gürcüstan Azərbaycandan Ermənistana neft məhsullarının daşınması üçün simvolik qiymət müəyyən edib.

AvroMedia.Az Sputnik Georgia-ya istinadla xəbər verir ki, 2025-ci ilin dekabr ayının əvvəlində Gürcüstan Azərbaycandan Ermənistana neftin birdəfəlik, pulsuz tranzitini təmin edib. Növbəti yük standart tariflə daşınıb ki, bu da Ermənistanda narazılığa səbəb olub.
İrəvanda iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili ilə Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri David Xudatyan arasında keçirilən görüşdə tariflər məsələsi əsas müzakirə mövzusu olub.
Xudatyan Gürcüstan hökumətinin Azərbaycandan Ermənistana neft məhsullarının daşınması üçün simvolik tarif müəyyən etmək qərarına görə gürcü həmkarına təşəkkür edib.скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ