Almaniya və İsveç hökumətləri İranda yaşayan vətəndaşlarına ölkəni təcili şəkildə tərk etmələri ilə bağlı çağırış ediblər.
AvroMedia.Az xəbər verir ki, İranda artan gərginlik fonunda Almaniyanın Tehrandakı səfirliyi sosial media hesabında “İrandakı alman vətəndaşlarına ölkəni tərk etmək üçün daha bir təcili çağırış” başlıqlı açıqlama yayıb.
Bildirilib ki, həm ölkə daxilində, həm də regionda təhlükəsizlik vəziyyəti qeyri-sabit olaraq qalır.
Açıqlamada təhlükəsizlik şəraitinin daha da pisləşə biləcəyi və hərbi toqquşma ehtimalının istisna olunmadığı vurğulanıb. Bu səbəbdən Almaniya vətəndaşlarına İranı tərk etmələri ilə bağlı çağırışın yenidən edildiyi qeyd olunub.
Eyni zamanda, bəyanatda bildirilib ki, vəziyyətin kəskinləşəcəyi təqdirdə Almaniya Xarici İşlər Nazirliyi və Tehrandakı səfirlik vətəndaşlara ölkəni tərk etmək üçün “demək olar ki, heç bir dəstək” göstərə bilməyəcək. Alman vətəndaşlarına mövcud bütün nəqliyyat imkanlarından istifadə edərək ölkəni tərk etmələri tövsiyə olunub.
İsveç xarici işlər naziri Mariya Malmer Stenerqard isə “X” sosial media platformasındakı paylaşımında İsveç Xarici İşlər Nazirliyinin İrana səfər etməmək barədə tövsiyələrinin qüvvədə olduğunu xatırladıb.
Nazir İranda olan İsveç vətəndaşlarına ölkəni dərhal tərk etmələri ilə bağlı çağırışını təkrarlayaraq, hazırda İranı hava və quru yolu ilə tərk etməyin mümkün olduğunu bildirib.
Onun sözlərinə görə, İsveç vətəndaşları imkan yarandığı anda İranı tərk etməli və gözləməməlidirlər. Stenerqard vurğulayıb ki, İranda qalmaq qərarı verən şəxslər böyük məsuliyyət daşıyırlar və hazırkı mərhələdə Xarici İşlər Nazirliyi təxliyə ilə bağlı yardım göstərə bilməyəcək.

Kredit borcu olan əsgərlərə güzəşt varmı?
Məcburi köçkünün yaşayış yeri və mülkiyyət hüququ ilə bağlı yenilik
Meyvələr bahalaşdı, tərəvəz ucuzlaşdı
Azərbaycanda zəlzələ olub
Narkoloji xəstələrin işə qəbulu ilə bağlı cərimələr müəyyənləşir
İsti havalarda az yemək təhlükəli ola bilər
800 mindən çox insan piylənmədən əziyyət çəkir
Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası başlayıb
Nazirlikdən “Son zəng”lə bağlı sürücülərə -müraciət
Bu günün valyuta məzənnələri
Azərbaycan neftinin qiyməti artıb
Tehran yekun razılığı hələ verməyib - Mənbə