Parkinson xəstəliyinin müalicəsi üçün induksiya edilmiş plyuripotent kök hüceyrələri (iPS hüceyrələri) əsasında hazırlanmış dərman Yaponiyada qismən təsdiqlənib.
AvroMedia.Az bildirir ki, bu barədə Kioto Universitetinin iPS Hüceyrə Tədqiqatları və Tətbiqi İnstitutundan məlumat verilib.
"Bu, irəliyə doğru böyük addımdır. Əlimizdən gələni edəcəyik ki, bu müalicə metodu mümkün qədər tez bir zamanda etibarlı standart seçimə çevrilsin", - deyə institutun direktoru Dzyun Takahasi bildirib.
Hazırlanmış preparatın tərkibində iPS hüceyrələrindən yetişdirilən sinir hüceyrələri mövcuddur. Bu hüceyrələr Parkinson xəstəliyindən əziyyət çəkən pasiyentlərə transplantasiya üçün nəzərdə tutulub.
Ötən ilin aprelində Kioto Universiteti bu hüceyrələrin transplantasiyasından sonra bəzi xəstələrdə müsbət dəyişikliklərin müşahidə olunduğunu göstərən klinik sınaq nəticələrini təqdim edib. Avqust ayında "Sumitomo Pharma" şirkəti məhsulun "Amshepuri" ticarət adı ilə təsdiqlənməsi üçün müraciət edib və sənəd sürətləndirilmiş prosedur çərçivəsində nəzərdən keçirilib.
Bundan əlavə, işemik kardiyomiyopatiyanın müalicəsi üçün nəzərdə tutulmuş iPS hüceyrələrinə əsaslanan digər dərman da qismən təsdiq alıb. Qeyd olunur ki, hər iki preparat öz növündə unikaldır və hazırda dünyada analoqu yoxdur.

Kredit borcu olan əsgərlərə güzəşt varmı?
Məcburi köçkünün yaşayış yeri və mülkiyyət hüququ ilə bağlı yenilik
Meyvələr bahalaşdı, tərəvəz ucuzlaşdı
Azərbaycanda zəlzələ olub
Narkoloji xəstələrin işə qəbulu ilə bağlı cərimələr müəyyənləşir
İsti havalarda az yemək təhlükəli ola bilər
800 mindən çox insan piylənmədən əziyyət çəkir
Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası başlayıb
Nazirlikdən “Son zəng”lə bağlı sürücülərə -müraciət
Bu günün valyuta məzənnələri
Azərbaycan neftinin qiyməti artıb
Tehran yekun razılığı hələ verməyib - Mənbə