Ermənistanın hüquq-mühafizə orqanları İrəvanda təqribən 40 ünvanda genişmiqyaslı axtarışlar aparır.
AvroMedia.Az xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Məlumata əsasən, DİN-in əməkdaşları İstintaq Komitəsi ilə birgə fevralın 18-də İrəvanda baş vermiş qətl, qətlə cəhd, xuliqanlıq və qanunsuz silah dövriyyəsi faktları ilə bağlı başlanmış cinayət işi üzrə ilkin istintaq çərçivəsində tədbirlər həyata keçirirlər.
İstintaq Komitəsindən bildirilib ki, bu tədbirlər cinayətlərin bütün hallarının müəyyən edilməsinə və günahkarların məsuliyyətə cəlb olunmasına yönəlib.
Qeyd edək ki, fevralın 18-də İrəvanda atışma baş verib, nəticədə bir nəfər həlak olub, doqquz nəfər yaralanıb. Hadisə ilə bağlı cinayət işi başlanıb.

Kredit borcu olan əsgərlərə güzəşt varmı?
Məcburi köçkünün yaşayış yeri və mülkiyyət hüququ ilə bağlı yenilik
Meyvələr bahalaşdı, tərəvəz ucuzlaşdı
Azərbaycanda zəlzələ olub
Narkoloji xəstələrin işə qəbulu ilə bağlı cərimələr müəyyənləşir
İsti havalarda az yemək təhlükəli ola bilər
800 mindən çox insan piylənmədən əziyyət çəkir
Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası başlayıb
Nazirlikdən “Son zəng”lə bağlı sürücülərə -müraciət
Bu günün valyuta məzənnələri
Azərbaycan neftinin qiyməti artıb
Tehran yekun razılığı hələ verməyib - Mənbə