İranın xarici işlər naziri Seyid Abbas Əraqçi rəsmi Tehranın ABŞ ilə nüvə proqramı və sanksiyaların ləğvi ilə bağlı davam edən danışıqlardakı mövqeyinə aydınlıq gətirib.
AvroMedia.Az “Sepahnews”a istinadən xəbər verir ki, nazir hər iki tərəfin sürətli nəticə əldə etmək niyyətində olduğunu, lakin proses üçün hər hansı süni “son müddət” təyin edilmədiyini bildirib.
Sanksiyaların İran iqtisadiyyatına təsirini qeyd edən Əraqçi vurğulayıb ki, bu məhdudiyyətlərin aradan qaldırılması nə qədər tez baş versə, ölkə üçün bir o qədər faydalıdır:“Bizim mümkün razılaşmanı gecikdirmək üçün heç bir səbəbimiz yoxdur. Lakin əsas çətinlik bu sənədin hər iki tərəf üçün ədalətli və “qazan-qazan” prinsipinə əsaslanmasını təmin etməkdir. Həm İranın, həm də ABŞ-nin özünəməxsus maraqları və narahatlıqları var. Bizim diplomatik vəzifəmiz hər iki tərəfi qane edəcək ortaq həll yolu tapmaqdır”.
Qeyd edək ki, fevralın 17-də Cenevrədə keçirilən dolayı danışıqlardan sonra Əraqçi tərəflərin “əsas prinsiplər” üzrə razılığa gəldiyini açıqlamışdı. Hazırda tərəflərin razılaşma mətni üzərində işlədiyi və ABŞ Prezidenti Donald Trampın müəyyən etdiyi 10 günlük diplomatik pəncərə çərçivəsində yekun qərarın veriləcəyi gözlənilir.

Kredit borcu olan əsgərlərə güzəşt varmı?
Məcburi köçkünün yaşayış yeri və mülkiyyət hüququ ilə bağlı yenilik
Meyvələr bahalaşdı, tərəvəz ucuzlaşdı
Azərbaycanda zəlzələ olub
Narkoloji xəstələrin işə qəbulu ilə bağlı cərimələr müəyyənləşir
İsti havalarda az yemək təhlükəli ola bilər
800 mindən çox insan piylənmədən əziyyət çəkir
Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası başlayıb
Nazirlikdən “Son zəng”lə bağlı sürücülərə -müraciət
Bu günün valyuta məzənnələri
Azərbaycan neftinin qiyməti artıb
Tehran yekun razılığı hələ verməyib - Mənbə