Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Məhəmməd bin Zayed Əl-Nəhyan Ramazan ayı münasibətilə 1440 məhbusa əfv verib.
AvroMedia.Az xəbər verir ki, bu barədə ölkənin rəsmi WAM agentliyi məlumat yayıb.
Qeyd olunub ki, qərar məhkumlara yeni həyata başlamaq imkanı yaratmaq və onların ailələrinin üzərindəki maddi yükü azaltmaq məqsədi daşıyır.
Prezidentin fərmanına əsasən, müxtəlif cinayətlərə görə həbs və islah müəssisələrində cəza çəkən 1440 nəfər azadlığa buraxılacaq. Eyni zamanda, dövlət başçısı əfvdən yararlanan məhkumların üzərinə düşən maliyyə öhdəliklərinin də qarşılanmasını tapşırıb.
Bundan başqa, Suriya Prezidenti Əhməd əl Şaraa da Ramazan ərəfəsində ümumi əfv fərmanı imzalayıb.
Fərmana əsasən, ömürlük həbs cəzaları 20 ilə endirilir, müvəqqəti həbs cəzalarının yarısı bağışlanır, yüngül və müəyyən kateqoriyalı cinayətlər üzrə cəzalar tamamilə ləğv edilir.
Əfv qaçaqmalçılıqla bağlı bəzi cinayətləri, müəyyən kibercinayətləri, valyuta əməliyyatları ilə əlaqədar hüquq pozuntularını da əhatə edir. Silah və sursatla bağlı cinayətlər üzrə cəzalar isə silahların fərmanın dərcindən sonra üç ay ərzində təhvil verilməsi şərti ilə bağışlanacaq.
Oğurluq cinayətlərində əfv üçün zərərçəkənin könüllü və qeyd-şərtsiz razılığı əsas şərt kimi göstərilib.
Eyni zamanda, ciddi sağlamlıq problemləri olan və müəyyən yaş həddini keçmiş məhkumlar tibbi komissiyanın rəyindən sonra əfvdən yararlana biləcəklər.
Bununla yanaşı, işgəncə, insan alveri və ağır zorakılıq cinayətləri əfv fərmanının əhatə dairəsinə daxil edilməyib.

Kredit borcu olan əsgərlərə güzəşt varmı?
Məcburi köçkünün yaşayış yeri və mülkiyyət hüququ ilə bağlı yenilik
Meyvələr bahalaşdı, tərəvəz ucuzlaşdı
Azərbaycanda zəlzələ olub
Narkoloji xəstələrin işə qəbulu ilə bağlı cərimələr müəyyənləşir
İsti havalarda az yemək təhlükəli ola bilər
800 mindən çox insan piylənmədən əziyyət çəkir
Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası başlayıb
Nazirlikdən “Son zəng”lə bağlı sürücülərə -müraciət
Bu günün valyuta məzənnələri
Azərbaycan neftinin qiyməti artıb
Tehran yekun razılığı hələ verməyib - Mənbə