İranda ötən il dekabrın sonundan başlayaraq yanvarın əvvəlinə qədər davam edən aksiyalarda iştirak edən etirazçılara qarşı 23 min cinayət işi açılıb.
AvroMedia.Az xəbər verir ki, bu barədə “Farda” radiosu ölkənin məhkəmə sisteminin nümayəndəsinə istinadən məlumat yayıb.Mənbənin sözlərinə görə, həbslər ölkənin bütün ostanlarında həyata keçirilib.
Məhkəmə sistemi nümayəndəsi etirazlar zamanı ölkə üzrə 749 polis bölməsinə, eləcə də İslam İnqilabı Keşikçiləri Korpusunun 120 mərkəzinə hücumların qeydə alındığını vurğulayıb.
ABŞ-də yerləşən “Human Rights Activists in Iran” (HRAI) müstəqil insan hüquqları təşkilatının məlumatına görə isə 15 fevral tarixinədək İranda azı 53552 nəfər həbs olunub, onlardan 144-ü tələbədir. Ümumilikdə 11053 nəfər məhkəməyə çağırılıb.
Xatırladaq ki, İranda 2025-ci ilin dekabrından iqtisadi böhran və valyutanın kəskin ucuzlaşması ilə başlayan etiraz dalğası qısa müddətdə genişmiqyaslı toqquşmalara çevrilmişdi.
“HRAI” iğtişaşlar zamanı 6508 nəfəri etirazçı olmaqla, 7015 nəfərin ölümü barədə məlumat yayıb. Bundan əlavə, insan hüquqları müdafiəçiləri 25845 nəfərin yaralandığını açıqlayıb. İran hakimiyyəti isə rəsmi olaraq iğtişaşlar nəticəsində 3117 nəfərin öldüyünü bildirib.

Kredit borcu olan əsgərlərə güzəşt varmı?
Məcburi köçkünün yaşayış yeri və mülkiyyət hüququ ilə bağlı yenilik
Meyvələr bahalaşdı, tərəvəz ucuzlaşdı
Azərbaycanda zəlzələ olub
Narkoloji xəstələrin işə qəbulu ilə bağlı cərimələr müəyyənləşir
İsti havalarda az yemək təhlükəli ola bilər
800 mindən çox insan piylənmədən əziyyət çəkir
Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası başlayıb
Nazirlikdən “Son zəng”lə bağlı sürücülərə -müraciət
Bu günün valyuta məzənnələri
Azərbaycan neftinin qiyməti artıb
Tehran yekun razılığı hələ verməyib - Mənbə