Hər il olduğu kimi, bu il də Ramazan ayının başlaması ilə bağlı dəqiq vaxt İslam dünyasında fikir ayrılıqlarına səbəb olub.
AvroMedia.Az xəbər verir ki, müqəddəs ay müxtəlif ölkələrdə iki fərqli tarixdə başlayır.
Belə ki, Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Yəmən, Fələstin, Bəhreyn, Küveyt, İraq, Livan, Somali və Sudanda dünən axşam yeni ayın görünməsi ilə bu gün, fevralın 18-i Ramazan ayının ilk günü elan olunub.
Azərbaycan da daxil olmaqla, bir çox digər ölkələrdə isə Ramazan ayı sabah, fevralın 19-u başlayacaq. Belə ki, Türkiyə, Suriya, İordaniya, Misir, Tunis, Əlcəzair, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Sinqapur, Malayziya, Bruney, Filippin, İndoneziya və Oman artıq Ramazan ayının fevralın 19-da başlayacağını elan ediblər.İranda da eyni tarix oruc tutulması üçün təxmini gün olaraq elan edilib.

Kredit borcu olan əsgərlərə güzəşt varmı?
Məcburi köçkünün yaşayış yeri və mülkiyyət hüququ ilə bağlı yenilik
Meyvələr bahalaşdı, tərəvəz ucuzlaşdı
Azərbaycanda zəlzələ olub
Narkoloji xəstələrin işə qəbulu ilə bağlı cərimələr müəyyənləşir
İsti havalarda az yemək təhlükəli ola bilər
800 mindən çox insan piylənmədən əziyyət çəkir
Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası başlayıb
Nazirlikdən “Son zəng”lə bağlı sürücülərə -müraciət
Bu günün valyuta məzənnələri
Azərbaycan neftinin qiyməti artıb
Tehran yekun razılığı hələ verməyib - Mənbə