İranın ali lideri Seyid Əli Xamenei ABŞ Prezidenti Donald Trampa xəbərdarlıq edib.
AvroMedia.Az xəbər verir ki, bu barədə Xameneinin “X” hesabında paylaşım olunub.
“Amerikalılar daim deyirlər ki, onlar İrana doğru hərbi gəmi göndəriblər. Əlbəttə, hərbi gəmi təhlükəli hərbi texnikadır. Lakin həmin hərbi gəmidən daha təhlükəli olan o gəmini dənizin dibinə göndərə bilən silahdır”, - Xamenei qeyd edib.O həmçinin Trampın ABŞ ordusunun dünyanın ən güclü hərbi qüvvəsi olması barədə açıqlamalarına münasibət bildirib: “ABŞ prezidentinin sözlərinə görə, onlar dünyanın ən güclü hərbi qüvvəsinə sahibdirlər. Dünyanın ən güclü hərbi qüvvəsi bəzən elə ağır zərbə ala bilər ki, bir daha ayağa qalxa bilməz”.
Xatırladaq ki, bu gün Cenevrədə ABŞ və İran nümayəndə heyətləri arasında danışıqlar keçirilir.

Kredit borcu olan əsgərlərə güzəşt varmı?
Məcburi köçkünün yaşayış yeri və mülkiyyət hüququ ilə bağlı yenilik
Meyvələr bahalaşdı, tərəvəz ucuzlaşdı
Azərbaycanda zəlzələ olub
Narkoloji xəstələrin işə qəbulu ilə bağlı cərimələr müəyyənləşir
İsti havalarda az yemək təhlükəli ola bilər
800 mindən çox insan piylənmədən əziyyət çəkir
Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası başlayıb
Nazirlikdən “Son zəng”lə bağlı sürücülərə -müraciət
Bu günün valyuta məzənnələri
Azərbaycan neftinin qiyməti artıb
Tehran yekun razılığı hələ verməyib - Mənbə