Rusiyanın "Vostok" stansiyasında ötən sutka ərzində planet üzrə ən aşağı hava temperaturu qeydə alınıb.
AvroMedia.Az xəbər verir ki, bu barədə TASS-a Rusiya Hidrometeorologiya Mərkəzindən məlumat verilib.
Bildirilib ki, son 24 saat ərzində ən aşağı temperatur - mənfi 55,8 dərəcə Antarktidada yerləşən "Vostok" stansiyasında qeydə alınıb.
Sutka ərzində dünyanın ən soyuq üç məntəqəsindən digər ikisi də Rusiyaya məxsus olub. Çukotkanın İlirney kəndində termometrlər mənfi 52 dərəcəni göstərib. Yakutiyanın Oymyakon kəndində yerləşən meteoroloji stansiyada isə hava temperaturu mənfi 48,9 dərəcə təşkil edib.
Ötən sutkada planetin ən isti nöqtəsinə gəlincə, birincilik Qahirə hava limanına məxsus olub. Burada hava temperaturu müsbət 42 dərəcəyə qədər yüksəlib.Eyni temperatur göstəricisi ilə Mozambikin Beyra şəhəri dünyanın ən isti ikinci yeri olub. İlk üçlüyü isə Nigerin paytaxtı Niameydə yerləşən hava limanı tamamlayıb. Burada hava temperaturu müsbət 40,7 dərəcəyə çatıb

Məcburi köçkünün yaşayış yeri və mülkiyyət hüququ ilə bağlı yenilik
Meyvələr bahalaşdı, tərəvəz ucuzlaşdı
Azərbaycanda zəlzələ olub
Narkoloji xəstələrin işə qəbulu ilə bağlı cərimələr müəyyənləşir
İsti havalarda az yemək təhlükəli ola bilər
800 mindən çox insan piylənmədən əziyyət çəkir
Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası başlayıb
Nazirlikdən “Son zəng”lə bağlı sürücülərə -müraciət
Bu günün valyuta məzənnələri
Azərbaycan neftinin qiyməti artıb
Tehran yekun razılığı hələ verməyib - Mənbə
Azərbaycana güclü istilər gəlir