Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 16-17 fevral tarixlərində Birləşmiş Ərəb Əmirlikləri və Efiopiyayə rəsmi səfər edəcək.
AvroMedia.Az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya direktoru Burhanəddin Duran sosial media hesabında məlumat yayıb.
Bildirilib ki, Prezident Ərdoğan 16 fevralda BƏƏ Prezidenti və Əbu-Dabi əmiri Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan ilə görüşəcək. Danışıqlar zamanı Türkiyə ilə BƏƏ arasında əməkdaşlığın daha da dərinləşdirilməsi üçün atılacaq addımlar, həmçinin regional və qlobal məsələlər müzakirə olunacaq.
Prezident Ərdoğan səfərinin növbəti mərhələsində 17 fevralda Əddis-Əbəbədə Efiopiyanın Baş naziri Abiy Əhməd Əli ilə bir araya gələcək. Görüş çərçivəsində ikitərəfli münasibətlərin inkişaf perspektivləri nəzərdən keçiriləcək.
Səfərlər zamanı danışıqları yekunlaşmış müxtəlif müqavilə və sənədlərin imzalanması da nəzərdə tutulur.

Narkoloji xəstələrin işə qəbulu ilə bağlı cərimələr müəyyənləşir
İsti havalarda az yemək təhlükəli ola bilər
800 mindən çox insan piylənmədən əziyyət çəkir
Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası başlayıb
Nazirlikdən “Son zəng”lə bağlı sürücülərə -müraciət
Bu günün valyuta məzənnələri
Azərbaycan neftinin qiyməti artıb
Tehran yekun razılığı hələ verməyib - Mənbə
Azərbaycana güclü istilər gəlir
Dondurma alarkən buna diqqət edin!
Şakira ilkə imza atdı