ABŞ Dövlət katibi Marko Rubio Prezident Donald Trampın İranın Ali Rəhbəri Seyid Əli Xamenei ilə birbaşa dialoqa açıq olduğunu bildirib.
AvroMedia.Az “Bloomberg”ə istinadən xəbər verir ki, Rubio Trampın diplomatik üslubunun prinsiplərinə toxunaraq, görüşün keçirilməsinin heç bir halda güzəşt və ya legitimlik qazandırmaq mənasına gəlmədiyini vurğulayıb:
“Əgər sabah Ayətullah (Xamenei) Trampla görüşmək istədiyini desə, Tramp onunla görüşər. Trampın Ayətullahla razılaşdığı üçün yox, problemlərin həlli yolunun bu olduğuna inandığı üçün həmin addımı atar. Yoxsa ki, Tramp kiminləsə görüşməyi güzəşt hesab etmir”, – Rubio bildirib.
Xatırladaq ki, son günlər Vaşinqton və Tehran arasında gərginlik pik həddə çatıb. Tramp administrasiyası bölgəyə ikinci aviadaşıyıcı qrupunun göndəriləcəyi ilə bağlı xəbərdarlıq edib və İranın nüvə proqramı, ballistik raketləri və regional fəaliyyətləri ilə bağlı “maksimum təzyiq” siyasətini davam etdirir.

Narkoloji xəstələrin işə qəbulu ilə bağlı cərimələr müəyyənləşir
İsti havalarda az yemək təhlükəli ola bilər
800 mindən çox insan piylənmədən əziyyət çəkir
Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası başlayıb
Nazirlikdən “Son zəng”lə bağlı sürücülərə -müraciət
Bu günün valyuta məzənnələri
Azərbaycan neftinin qiyməti artıb
Tehran yekun razılığı hələ verməyib - Mənbə
Azərbaycana güclü istilər gəlir
Dondurma alarkən buna diqqət edin!
Şakira ilkə imza atdı