“Azərbaycan ərazisindən könüllü köç etmiş təxminən 30 min nəfər Ermənistan vətəndaşlığı alıb”.
AvroMedia.Az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə mətbuat konfransında həmin ölkənin daxili işlər naziri Arpine Sarqsyan bildirib.
Nazirin sözlərinə görə, vətəndaşlıq almış şəxslərin böyük əksəriyyəti 2025-ci ilin ikinci yarısında müraciət edənlərdir.
“Başqa sözlə, vətəndaşlıq alma prosesi xeyli asanlaşdırılıb və sürətləndirilib. Əgər əvvəllər müvafiq platformaya gündə 40 müraciət daxil olurdusa, indi 200-ə qədər ərizə daxil olur”, - Sarqsyan deyib.
Xatırladaq ki, 2023-cü ilin noyabrında Ermənistanın Baş naziri Nikol Paşinyan Qarabağı könüllü tərk edən ermənilərə ölkə vətəndaşlığının verilməsi məsələsinin mümkün qədər tez bir zamanda həll edilməsi ilə bağlı tapşırıq verilmişdi.

Narkoloji xəstələrin işə qəbulu ilə bağlı cərimələr müəyyənləşir
İsti havalarda az yemək təhlükəli ola bilər
800 mindən çox insan piylənmədən əziyyət çəkir
Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası başlayıb
Nazirlikdən “Son zəng”lə bağlı sürücülərə -müraciət
Bu günün valyuta məzənnələri
Azərbaycan neftinin qiyməti artıb
Tehran yekun razılığı hələ verməyib - Mənbə
Azərbaycana güclü istilər gəlir
Dondurma alarkən buna diqqət edin!
Şakira ilkə imza atdı