“Rusiya siyasi iradə nümayiş etdirəcəyi təqdirdə, müharibə bu ilin yayına qədər başa çata bilər”.
AvroMedia.Az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə jurnalistlərin Rusiya-Ukrayna müharibəsinin dayandırılması istiqamətində aparılan diplomatik səylərlə bağlı suallarını cavablandırarkən deyib.
Prezident qeyd edib ki, Fransa Prezidenti Emmanuel Makronla telefon danışığı aparıb və onu Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna nümayəndələri arasında keçirilən son üçtərəfli görüşlər barədə məlumatlandırıb.Onun sözlərinə görə, tərəflər 13-15 fevral tarixlərində baş tutacaq Münhen Təhlükəsizlik Konfransını da müzakirə ediblər. Zelenski konfransda iştirak edib-etməyəcəyi barədə hələ qəti qərar vermədiyini bildirib.
Zelenski vurğulayıb ki, ABŞ müharibənin başa çatması üçün Rusiyaya təzyiq göstərməlidir:
“Əgər təkcə Ukrayna deyil, həm də təcavüzkar tərəf – Rusiya istəsə, müharibəni yaya qədər bitirə bilərik”.
Ukrayna lideri əlavə edib ki, müharibə başa çatmazdan əvvəl ABŞ tərəfindən Kiyevə güclü təhlükəsizlik zəmanətlərinin verilməsi ilə bağlı razılaşma əldə olunmalıdır.
“Bu müqavilənin imzalanması artıq tamamilə ABŞ-dən asılıdır”, – deyə o bildirib.
Zelenski ABŞ Prezidenti Donald Trampın Rusiyanı müharibəni dayandırmağa sövq edə biləcəyini deyib:
“Fikrimcə, Tramp Putini müəyyən güzəştlərə məcbur edə bilər”.

Məcburi köçkünün yaşayış yeri və mülkiyyət hüququ ilə bağlı yenilik
Meyvələr bahalaşdı, tərəvəz ucuzlaşdı
Azərbaycanda zəlzələ olub
Narkoloji xəstələrin işə qəbulu ilə bağlı cərimələr müəyyənləşir
İsti havalarda az yemək təhlükəli ola bilər
800 mindən çox insan piylənmədən əziyyət çəkir
Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası başlayıb
Nazirlikdən “Son zəng”lə bağlı sürücülərə -müraciət
Bu günün valyuta məzənnələri
Azərbaycan neftinin qiyməti artıb
Tehran yekun razılığı hələ verməyib - Mənbə
Azərbaycana güclü istilər gəlir