Türkiyədə səfərdə olan Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis Prezident Rəcəb Tayyib Ərdoğanla Kipr məsələsini müzakirə edib.
AvroMedia.Az xəbər verir ki, Ankarada keçirilən rəsmi görüşdən sonra təşkil olunan mətbuat konfransında Mitsotakis iki ölkə arasında dialoqun aktiv saxlanılmasının vacibliyini vurğulayıb.
O, görüşü münasibətlərin gələcəyi üçün mühüm fürsət kimi qiymətləndirərək, Kipr məsələsinin gündəmin əsas mövzularından biri olduğunu bildirib.
Yunanıstanın Baş naziri qeyd edib ki, Afinanın bu məsələdəki mövqeyi Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasının qətnamələrinə əsaslanır:
“Kipr məsələsini müzakirə etdik. Yunanıstanın mövqeyi hamıya məlumdur və olduqca aydındır. BMT-nin qərarları çərçivəsində dialoq prosesinin başlanması üçün yeni bir fürsət pəncərəsi açılır”.
Qeyd edək ki, fevralın 11-də baş tutan bu görüş Türkiyə-Yunanıstan Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının altıncı toplantısı çərçivəsində reallaşıb. Görüşdə həmçinin ticarət dövriyyəsinin 10 milyard dollara çatdırılması, enerji və nəqliyyat sahəsində əməkdaşlıq məsələləri də müzakirə edilib.

Məcburi köçkünün yaşayış yeri və mülkiyyət hüququ ilə bağlı yenilik
Meyvələr bahalaşdı, tərəvəz ucuzlaşdı
Azərbaycanda zəlzələ olub
Narkoloji xəstələrin işə qəbulu ilə bağlı cərimələr müəyyənləşir
İsti havalarda az yemək təhlükəli ola bilər
800 mindən çox insan piylənmədən əziyyət çəkir
Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası başlayıb
Nazirlikdən “Son zəng”lə bağlı sürücülərə -müraciət
Bu günün valyuta məzənnələri
Azərbaycan neftinin qiyməti artıb
Tehran yekun razılığı hələ verməyib - Mənbə
Azərbaycana güclü istilər gəlir