Gürcüstanda plastik qablarda içkilərin satışı qadağan oluna bilər
Tarix: 11-02-2026, 14:03
Baxılıb: 6 621
Google+ Paylaş
Tumblr Paylaş

Gürcüstanda plastik qablarda içkilərin satışı qadağan oluna bilər

11-02-2026, 14:03

Gürcüstanda plastik qablarda su da daxil olmaqla içkilərin satışına tam qadağanın tətbiqi planlaşdırılır.

AvroMedia.Az
  xəbər verir ki, bu barədə ölkənin kənd təsərrüfatı və ətraf mühitin mühafizəsi nazirinin müavini Solomon Pavliaşvili bildirib.
O, qadağanın gələn ildən etibarən tətbiq olunacağını qeyd edib.

"Biz hesab edirik ki, plastik qablarda içkilər heç bir mağazada satılmamalıdır. Qadağa çox güman ki, gələn ilin fevralından qüvvəyə minəcək. Bu, əlbəttə ki, təşəbbüsdür, hökumət hələ qərar qəbul etməyib. Biznesin zərərlə üzləşməməsi üçün qadağa mərhələli şəkildə tətbiq olunacaq", - Pavliaşvili əlavə edib.
Nazir müavini vurğulayıb ki, qadağa plastik qablarda olan yağlara və həcmi 10 litrdən çox qablarda suyun satışına şamil edilməyəcək.
Qeyd edək ki, bu ilin yanvarın 1-dən Gürcüstanda qida məhsulları üçün nəzərdə tutulan plastik qab-qacağın istehsalı (ixrac üçün nəzərdə tutulan istehsaldan başqa), idxalı və satışa çıxarılması qadağan edilib.скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ