Böyük Britaniya Silahlı Qüvvələri ölkə ərazisindəki xüsusi poliqonlarda Rusiya ilə potensial silahlı münaqişə ssenariləri üzrə intensiv hazırlıqlara başlayıb.
AvroMedia.Az “Daily Mail” nəşrinə istinadən xəbər verir ki, Britaniya ordusunun ən böyük piyada alayının əsgərləri Uiltşir qraflığındakı Solsberi düzənliyində yerləşən “Copehill Down” poliqonunda təlimlər keçir.
Təlimlər üçün Ukraynadakı döyüş meydanlarını xatırladan, dağıdılmış kiçik bir şəhər mənzərəsi simulyasiya edilib.
Məlumata görə, hərbçilər binalarda gizlənmiş düşmən qüvvələrinin zərərsizləşdirilməsi və şəhər daxili döyüş taktikalarını məşq edirlər. Britaniya komandanlığı bu təlimlərin Şərqi Avropada mümkün hərbi əməliyyatlara hazırlıq məqsədi daşıdığını bildirib.
Xatırladaq ki, bir qədər əvvəl Britaniya Baş Qərargah rəisi ordunun genişmiqyaslı münaqişəyə tam hazır olmadığını etiraf etmişdi.

İsti havalarda az yemək təhlükəli ola bilər
800 mindən çox insan piylənmədən əziyyət çəkir
Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası başlayıb
Nazirlikdən “Son zəng”lə bağlı sürücülərə -müraciət
Bu günün valyuta məzənnələri
Azərbaycan neftinin qiyməti artıb
Tehran yekun razılığı hələ verməyib - Mənbə
Azərbaycana güclü istilər gəlir
Dondurma alarkən buna diqqət edin!
Şakira ilkə imza atdı
Təyyarədə 19E oturacağında heç vaxt əyləşməyin