Rusiyalı onkoloq Sergey İvanov 40 yaşdan aşağı insanlarda bağırsaq xərçəngi riskini artıran, ilk baxışda zərərsiz görünən vərdişlərdən danışıb.
AvroMedia.Az xəbər verir ki, o, gənc yaşda bu xəstəliyi təhrik edən üç əsas amil barədə "Lenta.ru"ya müsahibəsində bildirib.
Bundan əlavə, gec saatlarda yemək və yatmazdan əvvəl qəlyanaltı etmək də təhlükəli ola bilər. Bu zaman qlükoza və insulin səviyyəsi kəskin artır, nəticədə öd turşularının tərkibi və bağırsaq mikrobiotası dəyişir. Onkoloqun sözlərinə görə, tez-tez gecə saatlarında yemək yeyən gənclərdə bağırsaq xərçəngi, bu vərdişi olmayan insanlara nisbətən daha çox aşkar edilir.
Nəhayət, İvanov bağırsaq sağlamlığı üçün ultra-emal olunmuş qidaların da zərərli olduğunu vurğulayıb. "Fast-food", qazlı içkilər və yarımfabrikatlarda çoxlu şəkər, rafinə olunmuş nişasta, yağlar, duz və texnoloji əlavələr var, lakin demək olar ki, lif yoxdur. Böyük tədqiqatlar bu cür qidaların yüksək istehlakı ilə bağırsaq xərçəngi riskinin artması arasında əlaqə olduğunu göstərir", - deyə həkim xəbərdarlıq edib.

İsti havalarda az yemək təhlükəli ola bilər
800 mindən çox insan piylənmədən əziyyət çəkir
Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası başlayıb
Nazirlikdən “Son zəng”lə bağlı sürücülərə -müraciət
Bu günün valyuta məzənnələri
Azərbaycan neftinin qiyməti artıb
Tehran yekun razılığı hələ verməyib - Mənbə
Azərbaycana güclü istilər gəlir
Dondurma alarkən buna diqqət edin!
Şakira ilkə imza atdı
Təyyarədə 19E oturacağında heç vaxt əyləşməyin