Pakistanın paytaxtı İslamabadda məsciddə kamikadzenin törətdiyi terror aktı nəticəsində ölənlərin sayı 36-ya çatıb.
AvroMedia.Az xəbər verir ki, Tarlay İmambargah məscidindəki terror aktına görə məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb.
Qrupun açıqlamasında bildirilir ki, hücum edən şəxs hadisə yerinə gəlib, məscidin əsas qapısında onu dayandırmağa çalışan mühafizəçilərə atəş açıb və partlayıcı kəmərini daxili qapıda işə salıb. Rəsmi İslamabad terrorçunun bu yaxınlarda Əfqanıstandan gəlmiş Pakistan vətəndaşı olduğunu bildirib.
Xatırladaq ki, ötən gün məsciddə törədilən partlayış nəticəsində ölənlərin son olaraq sayı 31 nəfər qeyd edilirdi.
Pakistanın müdafiə naziri Hodca Məhəmməd Asif öz "X" səhifəsində yazıb ki, hücumda Əfqanıstan və Hindistanın əli var.

İsti havalarda az yemək təhlükəli ola bilər
800 mindən çox insan piylənmədən əziyyət çəkir
Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası başlayıb
Nazirlikdən “Son zəng”lə bağlı sürücülərə -müraciət
Bu günün valyuta məzənnələri
Azərbaycan neftinin qiyməti artıb
Tehran yekun razılığı hələ verməyib - Mənbə
Azərbaycana güclü istilər gəlir
Dondurma alarkən buna diqqət edin!
Şakira ilkə imza atdı
Təyyarədə 19E oturacağında heç vaxt əyləşməyin