“Turkish Airlines” aviaşirkəti 11 martdan etibarən İstanbul-İrəvan-İstanbul marşrutu üzrə reyslərin yerinə yetirilməsinə başlayacaq.
AvroMedia.Az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə aviaşirkətin nümayəndələri Ermənistanın Turizm Komitəsinin sədri Lusine Gevorqyanla görüş zamanı bildiriblər.
Görüşdə aviadaşımaların inkişaf perspektivləri, həmçinin yaxın gələcəkdə yeni istiqamətlərdə reyslərin yerinə yetirilməsi imkanları barədə fikir mübadiləsi aparılıb.Xatırladaq ki, Türkiyənin Ermənistanla normallaşma üzrə xüsusi nümayəndəsi Serdar Kılıç ötən ilin sonlarında “X”də etdiyi paylaşımda “Turkish Airlines” aviaşirkətinin İstanbul-İrəvan-İstanbul istiqamətində müntəzəm reysləri yerinə yetirməyə başlayacağını açıqlamışdı.

İsti havalarda az yemək təhlükəli ola bilər
800 mindən çox insan piylənmədən əziyyət çəkir
Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası başlayıb
Nazirlikdən “Son zəng”lə bağlı sürücülərə -müraciət
Bu günün valyuta məzənnələri
Azərbaycan neftinin qiyməti artıb
Tehran yekun razılığı hələ verməyib - Mənbə
Azərbaycana güclü istilər gəlir
Dondurma alarkən buna diqqət edin!
Şakira ilkə imza atdı
Təyyarədə 19E oturacağında heç vaxt əyləşməyin