Polşanın Lejnitsa-Velka bölgəsində yerləşən 1-ci hava süvari batalyonunun hərbi hissəsinin ərazisinə naməlum pilotsuz uçuş aparatı (PUA) düşüb.
AvroMedia.Az xəbər verir ki, bu barədə Polşa Hərbi Polisi (Hərbi Jandarma) “X” sosial şəbəkəsindəki rəsmi hesabında məlumat yayıb.Bildirilib ki, fevralın 6-da qeydə alınan hadisə nəticəsində hərbi hissəyə və şəxsi heyətə heç bir zərər dəyməyib.
Hazırda Hərbi Jandarmanın Lodz şöbəsinin əməkdaşları hadisə yerində prosessual araşdırmalar aparır və PUA-nın mənşəyini, həmçinin uçuş məqsədini müəyyənləşdirməyə çalışırlar.
Qeyd edək ki, son aylarda Polşanın Ukrayna ilə sərhəd bölgələrində və hərbi poliqonları ətrafında naməlum hava obyektlərinin görünməsi halları artıb. Rəsmi Varşava bu cür hadisələrin qarşısını almaq üçün hava məkanına nəzarəti və hərbi obyektlərin mühafizəsini gücləndirib.

İsti havalarda az yemək təhlükəli ola bilər
800 mindən çox insan piylənmədən əziyyət çəkir
Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası başlayıb
Nazirlikdən “Son zəng”lə bağlı sürücülərə -müraciət
Bu günün valyuta məzənnələri
Azərbaycan neftinin qiyməti artıb
Tehran yekun razılığı hələ verməyib - Mənbə
Azərbaycana güclü istilər gəlir
Dondurma alarkən buna diqqət edin!
Şakira ilkə imza atdı
Təyyarədə 19E oturacağında heç vaxt əyləşməyin