Türkiyəyə məxsus təyyarə göydə ALOVLANDI
Tarix: 5-02-2026, 14:22
Baxılıb: 6 593
Google+ Paylaş
Tumblr Paylaş

Türkiyəyə məxsus təyyarə göydə ALOVLANDI

5-02-2026, 14:22

Türk Hava Yollarına məxsus Airbus A330-303 təyyarəsi mühərrik problemi səbəbindən Hindistanda təcili eniş edib.

AvroMedia.Az  Ajans.az-a istinadən xəbər verir ki, hadisə 4 fevral çərşənbə günü Nepalın Katmandu şəhərindən Türkiyənin İstanbul şəhərinə uçan təyyarədə baş verib.
Təyyarədə 225 sərnişin və 11 heyət üzvü olub. Qalxdıqdan dərhal sonra sağ mühərrikdə alov müşahidə edilib. Pilot dərhal Hindistanın Kalkutta hava nəqliyyat idarəsini xəbərdar edib və təyyarənin istiqamətini dəyişdirib.
Təxminən 10 dəqiqə sonra təyyarə Netaji Subhash Chandra Bose Beynəlxalq Hava Limanına təhlükəsiz eniş edib. Göyərtədəki bütün 236 nəfər problemsiz şəkildə təxliyə olunub. Hazırda təyyarə Kalkuttada saxlanılır və mütəxəssislər mühərrik nasazlığının səbəbini araşdırırlar.скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ