Görüş baş tutmaya bilər
Tarix: 4-02-2026, 22:44
Baxılıb: 6 803
Google+ Paylaş
Tumblr Paylaş

Görüş baş tutmaya bilər

4-02-2026, 22:44

ABŞ və İran arasında cümə günü, fevralın 6-na planlaşdırılan nüvə danışıqları ABŞ tərəfinin görüşün Omana köçürülməsi tələbinə razılıq verməməsi səbəbindən baş tutmaya bilər.

AvroMedia.Az  xəbər verir ki, bu haqda “Axios” mənbələrə istinadən məlumat yayıb.
“Biz onlara dedik ki, ya bu, ya da heç nə, onlar isə “Yaxşı, onda heç nə” dedilər”, - ABŞ rəsmisi deyib.
ABŞ rəsmisi bildirib ki, İran ilkin danışıqlar formatına qayıdarsa, görüşlər bu həftə və ya gələn həftə baş tuta bilər.
Qeyd edək ki, “Reuters” daha əvvəl bildirmişdi ki, İran bu həftə ABŞ-la danışıqların Türkiyədə deyil, Omanda keçirilməsini və yalnız nüvə məsələlərinə dair ikitərəfli danışıqlarla məhdudlaşmasını tələb edib.скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ