ABŞ Prezidenti Donald Tramp hökumətin qismən bağlanmasına son qoymaq üçün Konqresdə qəbul edilmiş qanun layihəsini imzalayıb. Bununla da ölkədə şənbə günündən etibarən davam edən qismən şatdaun dayandırılıb.
AvroMedia.Az məlumatına görə, Donald Tramp sənədi Ağ Evdə imzalayıb. Prezident bildirib ki, federal hökumətin dərhal fəaliyyətini bərpa etməsindən məmnundur.
“Federal hökumətin dərhal yenidən açılması və maliyyə ilinin qalan hissəsi ərzində əməliyyatların böyük əksəriyyətinin maliyyələşdirilməsi üçün Birləşdirilmiş Təsisatlar Qanununu imzalamaqdan çox məmnunam”, – deyə Tramp qeyd edib.
Qanun layihəsi ötən cümə günü Senat, bu gün isə Nümayəndələr Palatası tərəfindən səs çoxluğu ilə qəbul edilib.

İsti havalarda az yemək təhlükəli ola bilər
800 mindən çox insan piylənmədən əziyyət çəkir
Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası başlayıb
Nazirlikdən “Son zəng”lə bağlı sürücülərə -müraciət
Bu günün valyuta məzənnələri
Azərbaycan neftinin qiyməti artıb
Tehran yekun razılığı hələ verməyib - Mənbə
Azərbaycana güclü istilər gəlir
Dondurma alarkən buna diqqət edin!
Şakira ilkə imza atdı
Təyyarədə 19E oturacağında heç vaxt əyləşməyin