Hindistanın aşağıbüdcəli “IndiGo” aviaşirkəti İran ətrafında cərəyan edən hadisələr fonunda fevralın 28-dək Bakı, Tbilisi, Almatı və Daşkəndə, həmçinin bu istiqamətlərdən bütün uçuşları ləğv edib.
AvroMedia.Az “IntelliNews”a istinadən xəbər verir ki, qərar bu gündən qüvvəyə minib.Aviaşirkət uçuşların ləğv edilməsinə səbəb kimi müştərilərin və heyətin təhlükəsizliyinin təmin edilməsi zərurətini göstərib. Müştərilərə alternativ səyahət variantlarından faydalanmaq və ya ödənişi tam geri almaq imkanı təklif olunub.
Vəziyyət dəyişdikcə qərara yenidən baxıla biləcəyi vurğulanıb.
Qeyd edək ki, ləğv edilən reyslər İranın hava məkanından keçən və ya ona yaxın marşrutları əhatə edir. KLM, “Lufthansa” və “Air France” kimi bir sıra şirkətlər də artıq yanvarın 23-dən Yaxın Şərq istiqamətində uçuşları dayandırıb və ya marşrutlarını dəyişib.
Xatırladaq ki, yanvarın 28-də Donald Tramp sosial media hesabında ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus nəhəng bir armadanın İrana doğru hərəkət etdiyini açıqlayıb. Tramp bu donanmaya “USS Abraham Lincoln” təyyarədaşıyan gəmisinin rəhbərlik etdiyini və onun Venesuelaya göndəriləndən daha böyük olduğunu qeyd edib.

800 mindən çox insan piylənmədən əziyyət çəkir
Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası başlayıb
Nazirlikdən “Son zəng”lə bağlı sürücülərə -müraciət
Bu günün valyuta məzənnələri
Azərbaycan neftinin qiyməti artıb
Tehran yekun razılığı hələ verməyib - Mənbə
Azərbaycana güclü istilər gəlir
Dondurma alarkən buna diqqət edin!
Şakira ilkə imza atdı
Təyyarədə 19E oturacağında heç vaxt əyləşməyin