İran ordusu və İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) dəniz qüvvələri strateji əhəmiyyətli Hörmüz boğazı, eləcə də Kəngər və Oman körfəzi sularında genişmiqyaslı hərbi təlimlərə başlayıb.
AvroMedia.Az “Tasnim” agentliyinə istinadən xəbər verir ki, iki gün davam edəcək manevrlər bölgədə ABŞ ilə gərginliyin pik həddə çatdığı bir vaxta təsadüf edir.
İran tərəfi təlimlər zamanı canlı atəş açılacağını bildirərək, boğaz üzərindəki hava məkanının uçuşlar üçün təhlükəli olduğunu elan edib. Fevral ayının sonunda isə Hind okeanının şimalında İran, Çin və Rusiya hərbi dəniz qüvvələrinin iştirakı ilə səkkizinci birgə dəniz təliminin keçiriləcəyi gözlənilir.
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) isə İrana kəskin xəbərdarlıq ünvanlayıb:“Amerika hərbi gəmiləri üzərində təhlükəli uçuşlar, sürətli katerlərin toqquşma kursuna girməsi və ya silahların ABŞ personalına yönəldilməsi kimi hallara qətiyyən dözüm nümayiş etdirilməyəcək. ABŞ qüvvələrinin, regional tərəfdaşların və ya kommersiya gəmilərinin yaxınlığında istənilən qeyri-peşəkar davranış eskalasiya və destabilizasiya riskini artırır”.
Qeyd edək ki, regiondakı gərginlik Donald Trampın İran sahillərinə doğru nəhəng hərbi donanma göndərməsindən sonra daha da dərinləşib.

800 mindən çox insan piylənmədən əziyyət çəkir
Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası başlayıb
Nazirlikdən “Son zəng”lə bağlı sürücülərə -müraciət
Bu günün valyuta məzənnələri
Azərbaycan neftinin qiyməti artıb
Tehran yekun razılığı hələ verməyib - Mənbə
Azərbaycana güclü istilər gəlir
Dondurma alarkən buna diqqət edin!
Şakira ilkə imza atdı
Təyyarədə 19E oturacağında heç vaxt əyləşməyin