ABŞ Dövlət Departamenti İsrailə üç ayrı müqavilə çərçivəsində potensial hərbi tədarüklərin göndərilməsini təsdiqləyib.
AvroMedia.Az xəbər verir ki, bu barədə Pentaqon məlumat yayıb.
Bildirilib ki, ümumilikdə sözügedən tədarüklərin dəyəri 6,5 milyard dollardan çoxdur.
Əsas olaraq, İsrailə təqribi dəyəri 1,98 milyard dollar olan yüngül taktiki nəqliyyat vasitələrinin və onlara aid avadanlıqların mümkün satışı, həmçinin 3,8 milyard dollar məbləğində 30 ədəd “AH-64E Apache” helikopterinin satışı təsdiqlənib.740 milyon dollar dəyərində olan üçüncü müqavilə isə “Namer” zirehli transportyorları üçün qurğuları və transmissiyaların göndərilməsini, eləcə də onların kompleks logistik təminatını əhatə edir.

İsti havalarda az yemək təhlükəli ola bilər
800 mindən çox insan piylənmədən əziyyət çəkir
Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası başlayıb
Nazirlikdən “Son zəng”lə bağlı sürücülərə -müraciət
Bu günün valyuta məzənnələri
Azərbaycan neftinin qiyməti artıb
Tehran yekun razılığı hələ verməyib - Mənbə
Azərbaycana güclü istilər gəlir
Dondurma alarkən buna diqqət edin!
Şakira ilkə imza atdı
Təyyarədə 19E oturacağında heç vaxt əyləşməyin