Bu ölkədə mədən çökdü
Tarix: 31-01-2026, 08:20
Baxılıb: 6 520
Google+ Paylaş
Tumblr Paylaş

Bu ölkədə mədən çökdü

31-01-2026, 08:20

Konqo Demokratik Respublikasının şərq bölgəsində, “23 Mart Hərəkatı” (M23) üsyançılarının nəzarətində olan ərazidə yerləşən mədəndə çökmə baş verib.

AvroMedia.Az  xəbərinə görə, bu barədə “Reuters” məlumat yayıb.

Hadisə nəticəsində azı 227 nəfərin həyatını itirdiyi bildirilir.
Faciə Şimali Kivu əyalətinin Rubaya şəhəri ətrafında qeydə alınıb. Xilasedicilər əməliyyatları davam etdirir və ölənlərin sayının artacağı istisna edilmir.
Qeyd edək ki, sözügedən mədən elektronika sənayesində geniş istifadə olunan və qlobal miqyasda yüksək tələbat olan koltan mineralının hasil edildiyi sahələrdən biridir.скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ