ABŞ federal məhkəməsi keçmiş “Google” mühəndisi Linvey Dinqi süni intellektlə bağlı məxfi ticarət sirlərini oğurlayaraq, Çində yerləşən texnologiya şirkətlərinin xeyrinə istifadə etməkdə təqsirli bilib.
AvroaMedia.Az xəbər verir ki, bu barədə ABŞ Ədliyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Dinq 2022-2023-cü illərdə “Google”a məxsus 2000-dən çox sənədi, o cümlədən, superkompüter infrastrukturu və Tensor Emal Bloku (TPU) ilə bağlı materialları qanunsuz olaraq şəxsi hesablarına yükləyib.
Federal münsiflər heyəti onu yeddi iqtisadi casusluq və yeddi ticarət sirrinin oğurlanması maddəsi üzrə təqsirli sayıb.Dinqi iqtisadi casusluq üzrə 15 ilə, digər ittihamlar üzrə isə 10 ilə qədər həbs cəzası gözləyir. Hökmün elan olunması 3 fevral 2026-cı il tarixinə təyin edilib.

800 mindən çox insan piylənmədən əziyyət çəkir
Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası başlayıb
Nazirlikdən “Son zəng”lə bağlı sürücülərə -müraciət
Bu günün valyuta məzənnələri
Azərbaycan neftinin qiyməti artıb
Tehran yekun razılığı hələ verməyib - Mənbə
Azərbaycana güclü istilər gəlir
Dondurma alarkən buna diqqət edin!
Şakira ilkə imza atdı
Təyyarədə 19E oturacağında heç vaxt əyləşməyin