Türkiyənin ötən il turizm gəliri rekord həddə - 65.2 milyard dollara çatıb ki, bu da əvvəlki ilə nisbətən 6.8% çoxdur.
AvroMedia.Az xəbər verir ki, bu barədə "Dünya" qəzeti ölkənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoya istinadən xəbər yayıb.
"Ölkəmizin 2025-ci il üçün turizm gəlirləri 65.23 milyard dollar qiymətləndirilir və 2026-cı il üçün hədəf 68 milyard dollardır. Keçən il Türkiyəyə 64 milyon turist səfər edib", - deyə nazir bildirib.
Mehmet Nuri Ersoy xatırladıb ki, BMT-nin turizmlə bağlı hesabatlarına görə, Türkiyə 2017-ci ildə ən çox turist qəbul edən ölkələr arasında qlobal miqyasda səkkizinci yerdə qərarlaşmışdı, 2024-cü ilə qədər isə ölkə dördüncü yerə yüksəlib.

İsti havalarda az yemək təhlükəli ola bilər
800 mindən çox insan piylənmədən əziyyət çəkir
Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası başlayıb
Nazirlikdən “Son zəng”lə bağlı sürücülərə -müraciət
Bu günün valyuta məzənnələri
Azərbaycan neftinin qiyməti artıb
Tehran yekun razılığı hələ verməyib - Mənbə
Azərbaycana güclü istilər gəlir
Dondurma alarkən buna diqqət edin!
Şakira ilkə imza atdı
Təyyarədə 19E oturacağında heç vaxt əyləşməyin