Kriptovalyuta bazarında son sutka ərzində əsas aktivlər üzrə azalma tendensiyası müşahidə olunub.
AvroMedia.Az xəbər verir ki, "Bitcoin"in qiyməti son 24 saatda 5,74% azalaraq 83 068 dollara enib, bazar kapitallaşması isə 1,66 trln. dollar təşkil edib.
Ethereum da mənfi dinamika nümayiş etdirib. Aktivin qiyməti sutka ərzində 6,92% azalaraq 2 752 dollara enib. Kriptovalyutanın bazar dəyəri isə 332,2 mlrd. dollar səviyyəsində formalaşıb.
Ən iri alternativ kriptovalyutalar arasında BNB son 24 saatda 5,45%, XRP 6,27%, Solana isə 6,40% ucuzlaşıb. Həftəlik müqayisədə eniş Solana üzrə 10,12%, Cardano üzrə 9,60%, Dogecoin üzrə isə 8,52% təşkil edib.Stabilkoinlərdə nisbi sabitlik qorunub: USDT və USDC qiymətləri 1 dollar ətrafında dəyişib.
Bazarın ümumi dinamikası riskli aktivlərə marağın azalması, qlobal maliyyə bazarlarında qeyri-müəyyənliklərin artması və investorların qısamüddətli mənfəət realizasiyası ilə izah olunur.

800 mindən çox insan piylənmədən əziyyət çəkir
Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası başlayıb
Nazirlikdən “Son zəng”lə bağlı sürücülərə -müraciət
Bu günün valyuta məzənnələri
Azərbaycan neftinin qiyməti artıb
Tehran yekun razılığı hələ verməyib - Mənbə
Azərbaycana güclü istilər gəlir
Dondurma alarkən buna diqqət edin!
Şakira ilkə imza atdı
Təyyarədə 19E oturacağında heç vaxt əyləşməyin