2025-ci ilin yekunlarına görə, qızıla olan qlobal tələbat tarixdə ilk dəfə 5 000 ton həddini keçib.
AvroMedia.Az xəbər verir ki, bu barədə Dünya Qızıl Şurasının (WGC) hesabatında məlumat verilib.
Hesabata əsasən, tələbatın ümumi dəyəri 555 milyard dollara çatıb ki, bu da əvvəlki ilin göstəricisindən 45% çoxdur. Pul ifadəsindəki bu ciddi artım rekord qiymət dinamikası ilə bağlıdır. İl ərzində qızılın qiyməti 53 dəfə tarixi maksimumunu yeniləyib.
Xüsusi fəallığı fərdi investorlar göstəriblər. Külçə və sikkələrə qoyulan investisiyaların həcmi ilin sonunda rekord səviyyəyə - 154 milyard dollara (2013-cü ildən bəri ən yüksək) çatıb. Ümumilikdə isə bu həcmin yarısından çoxu Hindistan və Çin tərəfindən əldə olunub.
2025-ci ildə qızılın təkrar emalı həcmi 2% artaraq 1 404 ton təşkil edib. Bu, 2012-ci ildən bəri qeydə alınan ən yüksək göstəricidir.

İsti havalarda az yemək təhlükəli ola bilər
800 mindən çox insan piylənmədən əziyyət çəkir
Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası başlayıb
Nazirlikdən “Son zəng”lə bağlı sürücülərə -müraciət
Bu günün valyuta məzənnələri
Azərbaycan neftinin qiyməti artıb
Tehran yekun razılığı hələ verməyib - Mənbə
Azərbaycana güclü istilər gəlir
Dondurma alarkən buna diqqət edin!
Şakira ilkə imza atdı
Təyyarədə 19E oturacağında heç vaxt əyləşməyin