Avropa Komissiyası elektrik və istilik enerjisi təchizatında yaranan fasilələrin yaratdığı kritik vəziyyətə cavab olaraq Ukraynaya 145 milyon avroluq yardım paketinin ayrıldığını açıqlayıb.
AvroMedia.Az xəbər verir ki, bu barədə rəsmi məlumatda bildirilib.
“Avropa Komissiyası Ukrayna və qaçqınlara ev sahibliyi edən Moldovaya 153 milyon avro təcili yardım elan edib, çünki milyonlarla ukraynalı dondurucu temperatur və elektrik enerjisinin kəsilməsi ilə üzləşib”, - sənəddə deyilir.
Ümumi məbləğin 145 milyon avrosu Ukraynaya, qalan 8 milyon avrosu isə Moldova üçün nəzərdə tutulub.Maliyyə dəstəyi ilə yanaşı, Avropa Komissiyası bir ay ərzində Ukraynaya ümumilikdə 947 elektrik generatorunun göndəriləcəyini vəd edib.

800 mindən çox insan piylənmədən əziyyət çəkir
Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası başlayıb
Nazirlikdən “Son zəng”lə bağlı sürücülərə -müraciət
Bu günün valyuta məzənnələri
Azərbaycan neftinin qiyməti artıb
Tehran yekun razılığı hələ verməyib - Mənbə
Azərbaycana güclü istilər gəlir
Dondurma alarkən buna diqqət edin!
Şakira ilkə imza atdı
Təyyarədə 19E oturacağında heç vaxt əyləşməyin