İranın xarici işlər naziri Abbas Araqçi ölkəsinin dinc nüvə texnologiyasına sahib olmaq hüququnu təmin edən və nüvə silahı əldə edilməsinin qarşısını alan razılaşmaya hazır olduqlarını bir daha bəyan edib.
AvroMedia.Az xəbərinə görə, “X” sosial şəbəkəsində paylaşım edən Əraqçi ABŞ Prezidenti Donald Trampın nüvə razılaşması ilə bağlı mesajına cavab verib.
O bildirib ki, İran həmişə qarşılıqlı faydaya əsaslanan, ədalətli və bərabər şərtlər üzərində qurulan nüvə razılaşmasını dəstəkləyib.
Nazirin sözlərinə görə, belə bir razılaşma təzyiq, təhdid və qorxutma elementlərindən uzaq olmalı, İranın dinc nüvə texnologiyasından istifadə hüququnu təmin etməli və nüvə silahlarının əldə edilməsinə yol verməməlidir.
Araqçi vurğulayıb ki, İranın təhlükəsizlik doktrinasında kütləvi qırğın silahlarına yer yoxdur və ölkə heç vaxt bu cür silahlar əldə etməyə cəhd göstərməyib.Bununla yanaşı, iranlı nazir ölkəyə qarşı istənilən hücuma dərhal və sərt cavab veriləcəyini də qeyd edib.

800 mindən çox insan piylənmədən əziyyət çəkir
Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası başlayıb
Nazirlikdən “Son zəng”lə bağlı sürücülərə -müraciət
Bu günün valyuta məzənnələri
Azərbaycan neftinin qiyməti artıb
Tehran yekun razılığı hələ verməyib - Mənbə
Azərbaycana güclü istilər gəlir
Dondurma alarkən buna diqqət edin!
Şakira ilkə imza atdı
Təyyarədə 19E oturacağında heç vaxt əyləşməyin