Kolumbiyada 15 nəfəri daşıyan kiçik təyyarənin qəzaya uğraması nəticəsində bütün sərnişinlər və heyət üzvləri həlak olub.
AvroMedia.Az xəbər verir ki, “Beech 1900D” tipli təyyarə Şimali Santander bölgəsində qəzaya uğrayıb.
Təyyarədə 13 sərnişin və 2 heyət üzvü olub.
Şimali Santander vətəndaş təhlükəsizliyi katibi Corc Quintero bildirib ki, təyyarənin qalıqları La Playa şəhəri yaxınlığındakı Kurasika kəndində fermerlər tərəfindən aşkarlanıb.
Onun sözlərinə görə, qəza nəticəsində 13 sərnişin və 2 heyət üzvü həyatını itirib, əraziyə çoxsaylı axtarış-xilasetmə qrupları cəlb olunub.Şimali Santander qubernatoru Uilyam Villamizar isə yerli mediaya açıqlamasında qeyd edib ki, təyyarə La Playa şəhəri ərazisində qorunan zonada tapılıb:
“Təəssüf ki, ilkin görüntülər sağ qalanların olmadığını göstərir. Hazırda yeddi cəsəd tapılıb, digərlərinin axtarışı davam edir”.
Qəzada Kolumbiya Nümayəndələr Palatasının üzvü Diojenes Kintero Amayanın da həlak olduğu bildirilib.

800 mindən çox insan piylənmədən əziyyət çəkir
Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası başlayıb
Nazirlikdən “Son zəng”lə bağlı sürücülərə -müraciət
Bu günün valyuta məzənnələri
Azərbaycan neftinin qiyməti artıb
Tehran yekun razılığı hələ verməyib - Mənbə
Azərbaycana güclü istilər gəlir
Dondurma alarkən buna diqqət edin!
Şakira ilkə imza atdı
Təyyarədə 19E oturacağında heç vaxt əyləşməyin