“ABŞ İranda etirazçıların ölümünə görə məsuliyyət daşıdığını hesab etdiyi rəsmilərə və hərbi komandirlərə dəqiq zərbələr endirmək imkanını nəzərdən keçirir”.
AvroMedia.Az xəbər verir ki, bu barədə “Middle East Eye” nəşri müzakirələrin gedişatı ilə tanış olan mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, söhbət “xüsusi əhəmiyyətli” şəxslərdən gedir. Mümkün zərbələrin artıq bu həftə ərzində endirilə biləcəyi bildirilsə də, dəqiq tarix açıqlanmayıb.
Daha əvvəl ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “Abraham Linkoln” təyyarədaşıyan gəmisinin hazırda Oman sahilləri yaxınlığında mövqe tutduğu barədə xəbərlər yayılıb. ABŞ Prezidenti Donald Tramp da İranın yaxınlığında böyük armadanın olduğunu təsdiqləyib.
Xatırladaq ki, dekabrın 28-də İranda milli valyutanın devalvasiyası ilə başlayan etiraz dalğası ötən həftələrdə daha da şiddətlənmişdi. Ölkə rəsmiləri bir neçə gün əvvəl aksiyalara tamamilə son qoyulduğunu açıqlayıb.

Azərbaycan neftinin qiyməti artıb
Tehran yekun razılığı hələ verməyib - Mənbə
Azərbaycana güclü istilər gəlir
Dondurma alarkən buna diqqət edin!
Şakira ilkə imza atdı
Təyyarədə 19E oturacağında heç vaxt əyləşməyin
Əmtəə bazarlarında gümüş 5%-ə yaxın bahalaşıb
İranla bağlı açıqlamadan sonra neft ucuzlaşdı
Meksika - CAR oyunu DÇ tarixinə düşdü
Trampdan sensasion açıqlama: "Müharibəni dayandı"
Türkiyədə sərnişin təyyarəsi qəzaya düşdü