Tramp Qəzzadan bütün girovların geri qaytarıldığını elan etdi
Tarix: 26-01-2026, 21:07
Baxılıb: 6 960
Google+ Paylaş
Tumblr Paylaş

Tramp Qəzzadan bütün girovların geri qaytarıldığını elan etdi

26-01-2026, 21:07

“Qəzza zolağında saxlanılan sonuncu israilli girovun cəsədi tapılaraq ölkəsinə qaytarılıb”.

AvroMedia.Az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp özünün “TruthSocial” platformasında məlumat paylaşaraq, prosesin tamamlandığını elan edib.
Ağ Ev rəhbəri paylaşımında sözügedən uğuru yüksək qiymətləndirib:
“Beləliklə, 20 girovun hamısını diri və ya ölü vəziyyətdə geri qaytardıq! Möhtəşəm iş! Çoxları bunun qeyri-mümkün olduğunu düşünürdü. Komandamı təbrik edirəm!”

Qeyd edək ki, İsrail Müdafiə Qüvvələri (IDF) daha əvvəl məlumat vermişdi ki, qaytarılan şəxs mayor Ran  Qvilidir. 24 yaşlı polis xüsusi təyinatlısı 7 oktyabr 2023-cü ildə döyüşdə həlak olub və nəşi qaçırılaraq Qəzzada saxlanılmışdı.
Xatırladaq ki, oktyabrın 9-da İsrail və HƏMAS arasında imzalanan sülh sazişindən sonra Donald Tramp münaqişənin bitdiyini bəyan etmişdi.скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ