Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) öz hava məkanı, ərazisi və ya sularının İrana qarşı hücumlar üçün istifadəsinə icazə verməyəcəyini bəyan edib.
AvroMedia.Az xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyinin rəsmi saytında dərc olunmuş bəyanatında deyilir.
“BƏƏ Xarici İşlər Nazirliyi İrana qarşı hər hansı düşmən xarakterli hərbi əməliyyatlarda öz hava məkanı, ərazisi və sularından istifadənin yolverilməzliyi prinsipinə, eləcə də bununla bağlı hər hansı maddi-texniki dəstəyin göstərilməsinin yolverilməzliyi prinsipinə sadiqliyini bir daha təsdiqləyir”, - bildirilib.
Nazirlik vurğulayıb ki, münaqişələrin həlli üçün yalnız dialoq, gərginliyin azaldılması, beynəlxalq hüquq normalarına riayət edilməsi və dövlət suverenliyinə hörmət ən effektiv yoldur.

Azərbaycan neftinin qiyməti artıb
Tehran yekun razılığı hələ verməyib - Mənbə
Azərbaycana güclü istilər gəlir
Dondurma alarkən buna diqqət edin!
Şakira ilkə imza atdı
Təyyarədə 19E oturacağında heç vaxt əyləşməyin
Əmtəə bazarlarında gümüş 5%-ə yaxın bahalaşıb
İranla bağlı açıqlamadan sonra neft ucuzlaşdı
Meksika - CAR oyunu DÇ tarixinə düşdü
Trampdan sensasion açıqlama: "Müharibəni dayandı"
Türkiyədə sərnişin təyyarəsi qəzaya düşdü